Dünya Bankı Azərbaycanın ÜDM-nin 2026-cı ildə 1,8%, 2027-cı ildə isə 1,7% artacağını proqnozlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə bankın "Qlobal İqtisadi Perspektivlər" hesabatının yanvar buraxılışında qeyd olunub. Proqnozlar oktyabr qiymətləndirmələri ilə müqayisədə dəyişməz qalıb.
Bankın hesablamalarına görə, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 1,9% artıb.
Dünya Bankının proqnozlarına əsasən, Cənubi Qafqaz ölkələrinin ümumi ÜDM artımı 2026-cı ildə 3,3%, 2027-ci ildə isə 3,1% səviyyəsində olacaq.
Hesabatda qeyd olunub ki, Azərbaycanda iqtisadi fəallıq karbohidrogen hasilatının azalması, dünya neft qiymətlərinin düşməsi və büdcə siyasətinin sərtləşməsi ilə məhdudlaşacaq. Ermənistan və Gürcüstanda yüksək baza səviyyəsindən sonra iqtisadi fəallığın normallaşması ilə özəl istehlakın yavaşlaması gözlənilir, pul köçürmələrinin zəifləməsi və ixrac gəlirlərinin azalması isə cari hesablara təzyiq göstərəcək.
Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2026-cı ildə ÜDM-in 2,9%, 2027-ci ildə isə 3,3% artımını proqnozlaşdırır.
Bakı 




