• Bakı C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

"Səngəçal" terminalından 209 milyon barel neft və kondensat ixrac edilib

İQTİSADİYYAT

12 Fevral 2026 | 12:15

Səngəçal terminalından 209 milyon barel neft və kondensat ixrac edilib

2025-ci ildə Səngəçal terminalından təxminən 209 milyon barel neft və kondensat ixrac edilib ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın 2025-ci ilin yekunlarına dair hesabatında qeyd edilib.

Bildirilib ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74,4 milyon standart kubmetr (təxminən 2 milyard 628 milyon standart kubfut) "Şahdəniz" qazı göndərilib.


SON XƏBƏRLƏR

11 Fevral 2026