• Bakı C

    8.35 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Göygölün yeni icra başçısı üç vəzifəli şəxsi işdən çıxardı

CƏMİYYƏT

15 Dekabr 2025 | 10:56

Göygölün yeni icra başçısı üç vəzifəli şəxsi işdən çıxardı

Göygöl Rayon İcra Hakimiyyətində kadr islahatları aparılıb.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, bununla bağlı icra başçısı Vüqar Novruzov əmr imzalayıb.

Əmrə əsasən, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ariz Eyvazov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, həmin şöbənin baş məsləhətçisi Şaiq Qənbərli işdən çıxarılıblar.

Xatırladaq ki, Vüqar Novruzov noyabrın 12-də Göygöl rayonunun icra başçısı vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər Naftalanın icra başçısı idi.


SON XƏBƏRLƏR

14 Dekabr 2025