• Bakı C

    12.14 m/s

  • USD - 1.7

    EUR - 1.9832

    RUB - 2.1692

Hava şəraiti ilə bağlı qatarlar gecikə bilər - ADY

CƏMİYYƏT

14 Yanvar 2026 | 09:51

Hava şəraiti ilə bağlı qatarlar gecikə bilər - ADY

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bakıvaxtı.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir.

Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər.

Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.


SON XƏBƏRLƏR

13 Yanvar 2026