• Bakı 11° C

    12.48 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Sürücülər arxa duman fənərlərindən nə zaman istifadə edə bilərlər? - VİDEO

CƏMİYYƏT

13 Fevral 2026 | 09:32

Sürücülər arxa duman fənərlərindən nə zaman istifadə edə bilərlər? - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təbliği və təşviqi məqsədilə profilaktik tədbirləri davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, budəfəki tədbir zamanı məhdudiyyətli görünmə şəraiti olmadığı halda arxa duman fənərlərindən istifadə edən, sutkanın qaranlıq vaxtı xarici işıq cihazlarını yandırmayan sürücülər saxlanılıb və onlara qanunvericiliyin tələbi izah olunub.

Bir daha hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, fərdi məsuliyyət və qaydalara əməl etmək təhlükəsiz yolun ilk şərtidir!


SON XƏBƏRLƏR

12 Fevral 2026