• Bakı 11° C

    12.48 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Mebel sexinin fəaliyyəti dayandırıldı - VİDEO

CƏMİYYƏT

13 Fevral 2026 | 09:21

Mebel sexinin fəaliyyəti dayandırıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 42 ünvanında yerləşən mebel sexinin fəaliyyətini dayandırıb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, sexdə keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq sözügedən sexin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.


SON XƏBƏRLƏR

12 Fevral 2026