Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb.
Agentlik tərəfindən körpülərin üzərində buzlaşmaya qarşı tədbirlər görülür, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilir.
Quba-Qusar və Qusar-Şahdağ avtomobil yollarında qarın yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər davam etdirilir. Qeyd olunan yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilib.
Bakı 




