• Bakı 16° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib

CƏMİYYƏT

15 Noyabr 2025 | 12:22

Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib

Əfsanəvi tenor Plasido Dominqo noyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində çıxış edib.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Konsertdə Plasido Dominqo ilə yanaşı, onun oğlu Junior Plasido Dominqo, Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova və isveçrəli opera ifaçısı Daria Rıbak çıxış ediblər.

Səhnədə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrini tanınmış italiyalı dirijor Françesko İvan Çampa idarə edib.

Gecədə C.Puççini, C.Verdi, P.Maskani kimi dünya klassiklərinin bəstələri səslənib.

Plasido Dominqonun Azərbaycan tamaşaçılarına bu dəfə də sürprizi olub. Əfsanəvi müğənni Dominqo və gecənin digər ifaçıları "Küçələrə su səpmişəm" xalq mahnısını birlikdə ifa ediblər.

Plasido Dominqo ilk dəfə deyil ki, Azərbaycan bəstəkarlarına müraciət edir. Xatırladaq ki, dahi müğənni 2010-cu ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə Tofiq Quliyevin "Sənə də qalmaz" mahnısını ifa etmişdi.


SON XƏBƏRLƏR

14 Noyabr 2025