• Bakı 22° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar

DÜNYA

16 Noyabr 2025 | 00:21 | Müəllif: Subhan Mahmudov

ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar

ABŞ “Lukoyl”un xarici aktivlərinə qarşı sanksiyaları daha 3 həftə təxirə salıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Belə ki, “Lukoyl”un xarici aktivləri ilə əməliyyatlara qoyulan qadağa noyabrın 21-dən dekabrın 13-dək təxirə salınıb. Bu tarixə qədər “Lukoyl”a həmçinin Rusiyadan kənarda pərakəndə yanacaqdoldurma məntəqələrinə xidmət və istismar icazəsi verilib.

“Lukoyl” və “Rosneft”in Xəzər Boru Kəməri Konsorsiumu (Qazaxıstan neftinin ixrac olunduğu boru kəməri), Qazaxıstanın “Tengizçevroyl” şirkəti və Qazaxıstanda Qaraçaqanak yatağının işlənməsi layihəsi ilə bağlı əməliyyatları da dayandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR