Ukrayna Təhlükəsizlik Xidməti (SBU) növbəti unikal xüsusi əməliyyat həyata keçirərək “Novorossiysk” limanında Rusiya donanmasına məxsus “Varşavyanka” sinifli sualtı gəmini partladıb.
Bakıvaxtı.az xəbər verir ki, bu əməliyyatı SBU-nun Hərbi Əks-kəşfiyyatının 13-cü Baş İdarəsi ilə Ukrayna Hərbi-Dəniz Qüvvələri birgə təşkil edib.
Məlumata görə, partlayış nəticəsində sualtı qayıq kritik zədələr alıb və faktiki olaraq sıradan çıxarılıb. Sualtı gəminin göyərtəsində rusların Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə etdiyi “Kalibr” qanadlı raketləri üçün dörd buraxılış qurğusu var idi.
Bildirilib ki, “Varşavyanka” sinifli bir sualtı gəminin dəyəri təxminən 400 milyon ABŞ dollarıdır.
Bakı 



