Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı ilə bağlı aparılan genişmiqyaslı araşdırmanın yekunlarını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o TASS agentliyinə müsahibəsində danışıb.
İstintaq Komitəsinin rəhbəri bildirib ki, cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən Rusiyada daxili siyasi vəziyyəti sarsıtmaq məqsədilə təşkil edilib:
“İstintaq terror aktının planlaşdırılması, hazırlanması və törədilməsinin bütün mərhələlərini müəyyən edib. Hazırda əməliyyat xidmətləri cinayətin təşkilatçılarının yerini müəyyənləşdirmək üçün Tacikistan və digər ölkələrin hüquq-mühafizə orqanları ilə aktiv əməkdaşlıq edir”.
Xatırladaq ki, 22 mart 2024-cü ildə törədilən terror aktı nəticəsində 149 nəfər həlak olub, 600-dən çox insan xəsarət alıb.
Bakı 




