Danimarka Qrenlandiyada hərbi mövcudluğunu gücləndirməyə davam edəcək, bunu NATO-dakı müttəfiqləri ilə dialoq və koordinasiyanı davam etdirərək həyata keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Danimarka müdafiə naziri Trols Lund Bolsen bildirib.
Açıqlama ABŞ-nin Qrenlandiyanın müdafiəsində Danimarkanı laqeydlikdə ittiham etməsindən sonra verilib.
Bolsen ABŞ-nin Qrenlandiya və Danimarka rəsmilərinin iştirakı ilə Ağ Evdə bölgənin gələcəyinə dair keçiriləcək müzakirədən əvvəl deyib:
“Qrenlandiyada hərbi mövcudluğumuzu gücləndirməyə davam edəcəyik, NATO daxilində manevrləri artırmaq və alyansın Arktika regionunda mövcudluğunu gücləndirməsinə də diqqət göstərəcəyik”.
Danimarka müdafiə naziri əlavə edib ki, ölkəsi 2026-cı il ərzində yeni və gücləndirilmiş fəaliyyətlərlə bağlı müttəfiqləri ilə davamlı dialoq aparır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Vaşinqtonun bütün mümkün variantlardan istifadə edərək, Qrenlandiyanı ilhaq edəcəyini bəyan edib. Amerika liderinin fikrincə, bunu onlar etməsələr, Rusiya və Çin ələ keçirəcək./Teleqraf
Bakı 




