ABŞ hərbçiləri Suriyada yerləşən düşərgə və həbsxanalarda saxlanılan İŞİD terror təşkilatının təxminən 7 min keçmiş yaraqlısının İraqa təhvil verilməsini demək olar ki, başa çatdırıb.
Bakıvaxtı.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, bir neçə həftə davam edən daşınma bu gün başa çatacaq.
Qeyd edilir ki, keçmiş İŞİD üzvlərinin əksəriyyəti Bağdadın Əl-Karx rayonu və beynəlxalq hava limanı yaxınlığındakı həbsxanada saxlanılacaq.
İraq hakimiyyətinin açıqlamasına görə, Suriyadan gətirilən yaraqlılara qarşı irəli sürülə biləcək ittihamlar arasında “kimyəvi silah istifadəsi” və “soyqırımı” da var.
Bakı 




