ABŞ və Tayvan ticarət sahəsində əməkdaşlıq məsələlərini əhatə edən saziş imzalayıblar.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı sənəd ötən gün ABŞ tərəfindən yayımlanıb.
Müqaviləyə görə, Tayvan 2025-2029-cu illər arasında ABŞ mallarının alışını artırmağı öhdəsinə götürüb.
Qeyd olunub ki, bu alışlara 44,4 milyard ABŞ dolları dəyərində mayeləşdirilmiş təbii qaz və xam neft, 15,2 milyard dollar dəyərində mülki təyyarələr və mühərriklər, həmçinin 25,2 milyard dollar dəyərində elektrik şəbəkəsi, dənizçilik və polad istehsalı avadanlıqları daxildir. ABŞ isə bunun qarşılığında Tayvandan idxala tətbiq edilən 15%-lik gömrük rüsumunu qüvvədə saxlayıb.
Həmçinin imzalanan saziş nəticəsində Tayvan bütün ABŞ mallarına tətbiq olunan tarifləri ləğv etməyə və ya azaltmağa razılaşıb.
Bakı 




