ABŞ Dövlət Departamenti milli təhlükəsizlik tədbirləri çərçivəsində aralarında Rusiya, İran və Türkiyənin də olduğu onlarla ölkənin vətəndaşları üçün viza verilməsini müvəqqəti olaraq dayandırıb.
Bakıvaxtı.az xəbər verir ki, “Fox News” telekanalı Dövlət Departamentinin məxfi memorandumuna istinadən bu barədə geniş məlumat yayıb.
Sənədə əsasən, konsulluq işçilərinə viza müraciətlərini ərizəçilərin yoxlanılması və yeni seçim prosedurları tamamlanana qədər dərhal rədd etmək tapşırılıb.
Siyahıda cəmi 75 ölkənin adı keçir. Bunların arasında Rusiya, İran, Əfqanıstan, Somali, İraq, Misir, Nigeriya, Braziliya, Tailand və Yəmən kimi ölkələr xüsusi qeyd olunub. Qərara əsasən, bu ölkələrin vətəndaşlarına həm immiqrasiya, həm də qeyri-immiqrasiya (turist, tələbə və işçi) vizalarının verilməsi qeyri-müəyyən müddətə dondurulub.
Xatırladaq ki, Dövlət Departamentinin bu addımı 2026-cı ilin yanvarından etibarən Tramp administrasiyasının tətbiq etdiyi genişləndirilmiş “Səyahət Qadağası” (Travel Ban) siyasətinin bir hissəsidir.
Bakı 




