• Bakı C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Onlarla iranlı Türkiyəyə keçir - FOTOLAR

DÜNYA

14 Yanvar 2026 | 19:23

Onlarla iranlı Türkiyəyə keçir - FOTOLAR

İranda baş verən etirazlar fonunda onlarla iranlı ölkəni tərk edərək Türkiyəyə yollanmağa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, iranlı ailələr Van vilayətindəki Kapıköy sərhəd-keçid məntəqəsi vasitəsilə Türkiyəyə daxil olub. İnsan haqları qruplarının son hesabatına görə, dekabrın 28-dən başlayan iğtişaşlar nəticəsində ölənlərin sayı artıq 2600 nəfərə çatıb, minlərlə insan isə həbs edilib.

Hazırda Kapıköy sərhəd məntəqəsindən keçən iranlılar mediaya danışmaqdan ehtiyat edirlər. Onlar İrana geri döndükləri zaman yarana biləcək təhlükələrdən qorxduqlarını bildirirlər. Türkiyənin təhlükəsizlik rəsmiləri isə sərhəddə vəziyyətin hələlik fövqəladə olmadığını, lakin hər hansı kütləvi qaçqın axınına qarşı bütün inkişafların yaxından izlənildiyini qeyd ediblər.


SON XƏBƏRLƏR