“Qanazlığında həqiqətən də solğunluq müşahidə oluna bilər”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Nahid Məhərrəmov deyib.
Onun sözlərinə görə bu, qanda hemoqlobinin azalması ilə əlaqədardır:
“Hemoqlobin azaldıqda dərinin çəhrayı tonu zəifləyir. Solğunluq daha çox üz dərisində hiss olunur. Diş ətlərində və göz qapaqlarının iç səthində solğunluq nəzərə çarpır. Lakin üzün solğun olması yalnız qanazlığı demək deyil. Bəzi insanların dərisi təbii olaraq açıq rənglidir”.
Bundan əlavə mütəxəssis-ekspert bildirib ki, yorğunluq üzün rənginə təsir göstərə bilər:
“Stress və həyəcan zamanı da solğunluq yaranır. Qan təzyiqinin enməsi də üz rəngini dəyişməsinə səbəbdir. Vegetativ sinir sistemi reaksiyaları solğunluq yarada bilər. Otağın işıqlandırılması belə insanın solğun görünməsinə təsir edir. Bu səbəbdən yalnız baxışla “qanazlığı diaqnozu” qoymaq doğru deyil. Qanazlığı yalnız laborator qan analizi ilə təsdiqlənməlidir”.
Zeynəb Rzayeva
Bakı 




