• Bakı 11° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Estetik cərrahla zərərçəkən arasında barışıq əldə olundu - MƏHKƏMƏ

CƏMİYYƏT

13 Fevral 2026 | 13:26

Estetik cərrahla zərərçəkən arasında barışıq əldə olundu - MƏHKƏMƏ

Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxsin hüquqi varisi məhkəməyə ərizə ilə müraciət edib.

Ərizədə Yaqub Əsədi ilə barışıq əldə olunduğu qeyd edilib və cinayət işinə xitam verilməsi xahiş olunub.

Təqsirləndirilən Yaqub Əsədi zərərçəkən tərəflə aralarında barışıq əldə olunduğunu təsdiqləyib: "İlk gündən xanımın yanında olmuşam. Zərərçəkən şəxsin qanuni nümayəndəsinin məhkəmədə iştirak etmədiyi üçün prosesin təxirə salınmasını xahiş edirəm".

Məhkəmə vəsatəti təmin edib.

Növbəti məhkəmə prosesi fevralın 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında baş verib. Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı etdirən 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi rayon prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.

Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilib.


SON XƏBƏRLƏR