• Bakı C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Adil Kərimli vətəndaşları qəbul etdi - FOTOLAR

MƏDƏNİYYƏT

14 Yanvar 2026 | 15:40

Adil Kərimli vətəndaşları qəbul etdi - FOTOLAR

Mədəniyyət naziri Adil Kərimli Bakı şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Bakıvaxtı.az xəbər verir ki, Mədəniyyət Nazirliyində keçirilən qəbulda paytaxtla yanaşı, bölgələrdən də sakinlər, o cümlədən bir qrup mədəniyyət xadimi iştirak edib.

Vətəndaşların müraciətləri, əsasən, yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsi ilə bağlı təkliflər, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Bütün müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qeyd olunan məsələlərin qanunvericiliyə uyğun həlli barədə nazirliyin struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Görüşdə şəhid ailələri və qazilər tərəfindən diqqətə çatdırılan məsələlərə xüsusi yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.


SON XƏBƏRLƏR