İranda internet bağlantısı iki həftə ərzində bərpa oluna bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Məqalədə bildirilir ki, məhdudiyyətlər "düşmən planlarına qarşı çıxmaq üçün" tətbiq edilib.
Agentliyin məlumatına görə, hazırda xalqın sayıqlığı sayəsində "düşmənin planı pozulub": "Lakin hüquq-mühafizə orqanları tərəfindən mütəşəkkil terrorçu yuvası hələ də məhv edilməyib".
Aynur Babazadə
Bakı 




