“Ermənistanda ABŞ texnologiyaları əsasında kiçik reaktorların tikintisi praktiki mərhələyə keçərsə, Rusiya nüvə təhlükəsizliyinin yeni risklərini nəzərdən keçirməyə məcbur olacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
O bildirib ki, Ermənistan seysmik aktiv bölgədə yerləşir:
“Ermənistanda sovet mühəndisləri tərəfindən atom elektrik stansiyasının tikintisi zamanı istifadə olunan nadir texnologiya 1988-ci ilin dağıdıcı zəlzələsinə uğurla davam gətirməyə imkan vermişdi (hələ də bu enerji blokundan istifadə olunur). Əgər ABŞ texnologiyaları ilə kiçik reaktorların tikintisi praktiki mərhələyə keçərsə, Rusiya, bölgənin digər bütün dövlətləri, hətta Ermənistan xalqı da nüvə təhlükəsizliyinin bu yeni risklərini nəzərdən keçirməli olacaq.
Rusiya bu zaman praktiki olaraq fərz edəcək ki, ABŞ-nin nüvə texnologiyaları üzrə sınaqları seysmik aktiv zonada keçiriləcək. Buna görə də, bəli, bunu təhlükə kimi nəzərdən keçirmək lazımdır. Paralellər aparmaq istəməzdim, amma xatırladım ki, zəlzələ nəticəsində Yaponiyanın “Fukusima-1” AES-indəki ABŞ reaktorları məhv olmuşdu. Bu, ətraf mühitin genişmiqyaslı radioaktiv çirklənməsinə səbəb olmuşdu”./Teleqraf
Bakı 




