• Bakı C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəldi

CƏMİYYƏT

14 Yanvar 2026 | 15:14

Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəldi

Azərbaycan "Henley & Partners" şirkətinin 2026-cı il üçün yenilənmiş pasport reytinqində 3 mövqe irəliləyərək 67-ci pilləyə yüksəlib.

Bakıvaxtı.az "Henley & Partners"ə istinadən xəbər verir ki, respublika vətəndaşları 70 ölkəyə vizasız səfər edə bilərlər.

Qeyd edək ki, Sinqapur ən güclü pasportlara malik ölkələr arasında liderliyini yenidən qoruyub saxlayıb. Bu ölkənin vətəndaşları təhlil edilmiş 227 ölkədən 192-nə vizasız və ya ölkəyə gəldikdən sonra viza almaqla səfər edə bilərlər.

İraq (29 ölkəyə vizasız səfər), Suriya (26 ölkəyə vizasız) və Əfqanıstan (24 ölkə vizasız) reytinqin son pilləsində qərarlaşıb.

Postsovet ölkələri arasında Azərbaycan 7-ci yerdədir və Ukrayna (30-cu yer, 143 ölkə vizasız), Gürcüstan (42-ci yer, 122 ölkə vizasız), Moldova (44-cü yer, 120 ölkə vizasız), Rusiya (46-cı yer, 113 ölkə vizasız), Belarus (60-cı yer, 79 ölkə vizasız) və Qazaxıstandan (61-ci yer, 78 ölkə vizasız) sonra gəlir.

Bundan başqa, Azərbaycan Ermənistan (71-ci yer, 66 ölkə vizasız), Qırğızıstan və Özbəkistan (75-ci yer, 61 ölkə vizasız), Tacikistan (81-ci yer, 54 ölkə vizasız) və Türkmənistandan (87-ci yer, 47 ölkə vizasız) irəlidədir./Report


SON XƏBƏRLƏR