• Bakı C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Dövlət xətti ilə ipoteka kreditləşməsinin həcmi nə qədərdir?

İQTİSADİYYAT

14 Yanvar 2026 | 16:25

Dövlət xətti ilə ipoteka kreditləşməsinin həcmi nə qədərdir?

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 56 928 borcalana 3,767 milyard manat kredit verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 684,2 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 9 080 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.


SON XƏBƏRLƏR