• Bakı C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Qanazlığı yaddaşı və diqqəti  zəiflədir?

CƏMİYYƏT

14 Yanvar 2026 | 15:18

Qanazlığı yaddaşı və diqqəti  zəiflədir?

“Qanazlığı bəzi hallarda yaddaş və diqqət problemlərinə səbəb ola bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Nahid Məhərrəmov deyib.

Onun sözlərinə görə qanazlığı zamanı qanda hemoqlobinin azalması toxumalara daşınan oksigenin miqdarını azaldır:

“Beyin oksigen çatışmazlığına xüsusilə həssas orqandır. Bu səbəbdən xəstələrdə diqqət dağınıqlığı, unutqanlıq hissi müşahidə oluna bilər. Zehni yorğunluğun daha tez baş vermə ehtimalı var. Nəticədə iş qabiliyyəti və konsentrasiya zəifləyir”.

Mütəxəssis-ekspert bildirib ki, xüsusilə dəmir çatışmazlığı anemiyası bu əlamətlərlə daha sıx əlaqəlidir:

“B12 vitamini çatışmazlığı olan anemiyada yaddaş problemləri daha qabarıq özünü büruzə bilər. Fol turşusu çatışmazlığı da sinir sistemi funksiyalarına təsir edir. Bununla yanaşı, hər yaddaş problemini yalnız qanazlığı ilə əlaqələndirmək düzgün deyil. Stress və psixoloji gərginlik də oxşar əlamətlər yarada bilər”.

N.Məhərrəmov bildirib ki, yuxu pozğunluqları yaddaş zəifləməsinə səbəb ola bilər:

“Qalxanabənzər vəzin xəstəlikləri də nəzərə alınmalıdır. Ona görə də yaddaş problemi olan xəstələrdə qan analizi və əlavə müayinələr vacibdir”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR