Qrenlandiya NATO-nun bir hissəsidir və Brüssel ilə paytaxt Nuuk arasında güclü əlaqələr mövcuddur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.
O bildirib ki, Qrenlandiya sakinlərinin istək və maraqlarına hörmətlə yanaşılır və qərarlar yalnız Danimarka və Qrenlandiyanın ixtiyarındadır.
Bu açıqlama Trampın Qrenlandiyanı əldə etmək barədə açıqlamalarına cavab kimi səslənib.
Qeyd edək ki, Qrenlandiya Danimarkaya bağlı muxtar bölgə olaraq Farer adalarından 2900 km uzaqda yerləşir.
Əli Hüseynov
Bakı 



