Prezident Donald Tramp razılığa gələ bilsə, ABŞ Qrenlandiyanı almaq üçün 700 milyard dollar ödəyə bilər.
Bakıvaxtı.az "NBC"yə istinadən xəbər verir ki, Qrenlandiyanın satın alınmasının qiymətləndirilməsində alimlər və keçmiş ABŞ rəsmiləri iştirak edib.
Telekanalın məlumatına görə, ABŞ Arktikada Amerikanın əsas düşmənlərinə qarşı strateji bufer" yaratmaq üçün adanı satın almalıdır. Ona görə də Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşməsinin vacibliyini bildirib.
O, prezident kimi ilk müddətində Qrenlandiyanı satın almağı təklif etmişdi və 2025-ci ilin mart ayında onun ilhaq edilə biləcəyinə əminliyini ifadə etmişdi. Həmçinin Ağ Evin Administrasiya rəhbərinin müavini Stiven Miller əvvəllər Danimarkanın adaya nəzarət etmək hüququnu şübhə altına almış və onun ABŞ-nin bir hissəsinə çevrilməli olduğunu bildirmişdi. Tramp daha sonra Qrenlandiyanın müdafiəsinin iki komanda səyi olduğunu bildirərək, ABŞ-nin etmədiyi təqdirdə Rusiya və ya Çinin adanı ələ keçirə biləcəyini irəli sürmüşdü.
Qeyd edək ki, Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq, Qrenlandiya Müdafiə Müqaviləsini imzalayıblar. Müqaviləyə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürüb.
Gülşən Şərif
Bakı 




