Rauf Rüstəmli daha çox oyun şansı qazanmaq üçün "Sabah"dan "Karvan-Yevlax"a keçib.
Bakıvaxtı.az xəbər verir ki, yarımmüdafiəçi bunu "Report"a açıqlamasında bildirib.
O, "Sabah"dan ayrılmaq qərarı haqqında danışıb:
"Sabah" çox iddialı komandadır və düşündüm ki, orada az oyun şansı qazanacağam. Məhz daha çox şans qazanacağım komandaya keçmək istəyirdim. "Karvan-Yevlax" rəhbərliyinə də "çox sağ ol" deyirəm ki, mənə bu şansı yaratdılar".
22 yaşlı futbolçu Yevlax təmsilçisini seçməsində Füzuli Məmmədovun da rolunun olduğunu vurğulayıb:
"Baş məşqçimizlə danışdıq. Onun fikirləri də mənim üçün önəmli idi və bura gəlməyə qərar verdim. Hazırda hər şey qaydasındadır, məni xoş qarşıladılar. Heç bir çətinliyim yoxdur".
R.Rüstəmli komandanın turnir cədvəlindəki mövqeyinə də toxunub:
"Turnir cədvəlində sonuncu pillədə yer alsaq da, bu vəziyyətdən çıxacağımıza inanıram. Komandanın uğurlu çıxış etməsi üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, bölgə təmsilçisi Rauf Rüstəmlini "Sabah"dan mövsümün sonunadək icarəyə götürüb. "Karvan-Yevlax" hazırda Misli Premyer Liqasının turnir cədvəlində 6 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
Bakı 




