• Bakı 25° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

"Sumqayıt"dan yeni transfer

İDMAN

12 Fevral 2026 | 17:13

"Sumqayıt"dan yeni transfer

“Sumqayıt” mövsümün ikinci yarısı üçün növbəti futbolçu keçidini reallaşdırıb.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son olaraq Slovakiyanın “Spartak” (Trnava) klubunda çıxış etmiş hücumçu Sedrik Badolonu heyətinə qatıb. Burkina Faso millisinin 28 yaşlı üzvü ilə 1,5+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sedrik Badolo karyerası ərzində “Spartak”la yanaşı, vətənində “Salitas”, Moldovada “Şerif”, Slovakiyada “Poqroniye” kimi klublarda çıxış edib. O, Burkina Faso millisinin heyətində 30 oyun keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Avqust 2026