Nəsimi rayonunda üç sakin polisə müraciət edərək mobil telefonlarının naməlum şəraitdə oğurlandığını bildiriblər.
Bakıvaxtı.az-ın DİN-dən əldə etdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət əməlində şübhəli bilinən 40 yaşlı İ. Ələkbərov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o, restoran, klinika və parkda vətəndaşların nəzarətsiz qoyduqları mobil telefonları talayıb. Şübhəli şəxs əlavə olaraq paytaxtın daha bir sakininin telefonunu oğurladığını etiraf edib.
Sumqayıt şəhərində polis əməkdaşlarının keçirdiyi digər tədbir zamanı isə marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən 55 yaşlı M. Hüseynxanov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Rəşid Muxtar
Bakı 




