Bu gün saat 00:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2-i qadın, 1-i kişi) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərə yerində ilkin tibbi yardım göstərilib./APA
***
06:29
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Babək prospekti 10B ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində on səkkiz mərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.
***
00:47
Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, yanğın Xətai rayonu, Babək prospekti, 10 ünvanında qeydə alınıb.
Bu barədə sosial şəbəkədə paylaşım edən müğənni Nura Suri qeyd edib ki, yanan binada sakinlər köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin və polis əməkdaşları əməkdaşları cəlb olunub.
Ətraflı məlumat veriləcək.
Bakı 




