• Bakı 13° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Qaradağda yaşayış binasında yanğın - VİDEO - YENİLƏNİB

HADİSƏ

13 Fevral 2026 | 10:36

Qaradağda yaşayış binasında yanğın - VİDEO - YENİLƏNİB

Bakının Qaradağ rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyinindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 900 m² (hər mərtəbəsi 450 m²) olan ikimərtəbəli binanın pilləkən qəfəsində quraşdırılan 1 ədəd elektrik sayğacı və 1 ədəd qoruyucu açar yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş otaqdan 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

00:26

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B. Niftəliyev küçəsi 32 ünvanında baş verən yanğın zamanı tüstüdən zəhərlənənlərin adları və vəziyyətləri məlum olub.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, tüstüdən zəhərlənənlər 1971-ci il təvəllüdlü Həsənova Gülər Həsən qızı, 2004-cü il təvəllüdlü Xəlilova Nərmin Vüqar qızı və 2024-cü il təvəllüdlü Xəlilova Elza Şahmaz qızıdır.

    Onların hazırda Kliniki Tibbi Mərkəzdə müalicələri davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

    ***

    20:52

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açar yanıb.

    Yanğınsöndürənlər tərəfindən tüstünün təsirinə məruz qalmış mənzillərdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 3 nəfər xilas olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

    Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.


    SON XƏBƏRLƏR

    03 Aprel 2026