• Bakı C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1942

Taylandda qatar qəzasında ölənlərin sayı 30-a çatıb - YENİLƏNİB

DÜNYA

14 Yanvar 2026 | 15:28

Taylandda qatar qəzasında ölənlərin sayı 30-a çatıb - YENİLƏNİB

Taylandda tikinti kranın sərnişin qatarının üzərinə düşməsi nəticəsində ölənlərin sayı 30-a çatıb, 67 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 

Bakıvaxtı.az-ın "Khaosod" qəzetinə istinadən verdiyi məlumata görə, qəza zamanı qatarda 171 sərnişin olub. 

Daha əvvəl 28 nəfərin öldüyü bildirilmişdi. Xilasedicilər itkin düşmüş daha dörd sərnişini axtarırlar.

Hadisə çərşənbə günü səhər Nakhon Ratçasima əyalətinin şimal-şərqində baş verib. Qatar Banqkok-Ubon Ratçatani marşrutu ilə hərəkət edib. Kran aşaraq qatarın relsdən çıxmasına və alovlanmasına səbəb olub.

Zeynəb Rzayeva
 

***

09:58

Tailandda qaldırıcı kran iş zamanı qatarın üstünə aşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Qeyd edilib ki, hadisə nəticəsində 22 nəfər ölüb, 30-dan çox şəxs isə yaralanıb.


SON XƏBƏRLƏR

03 Mart 2026