"Hərbçilər hər şeyə hazır olmaq üçün davamlı təlim keçməlidirlər".
Bakıvaxtı.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Fevralın 13-də dövlət başçısı Silahlı Qüvvələri yoxlaması çərçivəsində Minsk vilayətinin Borisov rayonundakı 227-ci Ümumqoşun Təlim Poliqonuna gəlib.
Lukaşenkonun sözlərinə görə, əsgərlər tapşırıqlarını yerinə yetirmək üçün lazım olan hər şeylə təmin olunmalıdırlar: "Oxuyun, oxuyun. Hər ehtimala qarşı oxuyun. Hər şeyi necə edəcəyinizi bilsəniz, sağ qalacaqsınız".
Əli Hüseynov
Bakı 




