Bakı Neft-Energetika Kollecinə yeni direktor müavini təyin olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu vəzifəyə Zümrüd Vəliyeva təyin edilib.
O, bu gün kollektivə təqdim edilib. Təqdimat mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Orta ixtisas təhsili müəssisələri ilə iş sektorunun müdiri Zeynəb Hüseynova və kollecin kollektivi iştirak ediblər.
Zümrüd Vəliyeva bakalavriat təhsilini Bakı Dövlət Universitetində Riyaziyyat ixtisası üzrə alıb. Magistratura təhsilini isə Corc Vaşinqton Universiteti (ABŞ) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə proqramı çərçivəsində Təhsilin təşkili və idarə olunması ixtisası üzrə tamamlayıb.
Z.Vəliyeva 2022-2024-cü illərdə "LANDAU School"da, həmçinin müxtəlif illərdə tədris müəssisələrində riyaziyyat müəllimi kimi fəaliyyət göstərib, ixtisasartırma məqsədilə bir sıra təlim və kurslarda iştirak edib.
Bakı 






