• Bakı C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Ötən il 342 mindən çox uçuş həyata keçirilib

İQTİSADİYYAT

14 Yanvar 2026 | 16:45

Ötən il 342 mindən çox uçuş həyata keçirilib

2025-ci ildə Azərbaycanın hava məkanında 342 mindən çox uçuşa xidmət göstərilib.

Bu barədə Bakıvaxtı.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata əsasən, 2025-ci il ərzində Azərbaycanın aviasiya sektoru dayanıqlı inkişaf trayektoriyasını qoruyub saxlayıb, artan tranzit potensialı və beynəlxalq etimadın möhkəmlənməsi ilə xarakterizə olunub. Ölkənin hava məkanında 342 mindən çox uçuşa xidmət göstərilməsi, 2024-cü illə müqayisədə 10,5 % artım qeydə alınması aviasiya infrastrukturunun etibarlılığını və regional nəqliyyat qovşağı kimi mövqeyinin gücləndiyini aydın şəkildə nümayiş etdirir.

Hava hərəkətinin ən intensiv dövrü yay aylarına təsadüf edib. 2025-ci il avqustun 9-da bir sutka ərzində 1 101 uçuşun idarə edilməsi ilə tarixi rekord qeydə alınıb.

İl ərzində uçuşların 76 %-ni – 261 mindən çoxunu tranzit reyslər təşkil edib. Tranzit uçuşlarda təxminən 14 %-lik artım qeydə alınıb. Azərbaycan hava məkanından tranzit istifadə edən aparıcı qlobal aviaşirkətlər sırasında "Turkish Airlines", "Singapore Airlines", "Cathay Pacific", "Thai Airways" və "Lufthansa" yer alıb.


SON XƏBƏRLƏR