• Bakı C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Qəbələdə nəhəng su anbarının tikintisindən GÖRÜNTÜLƏR

CƏMİYYƏT

14 Yanvar 2026 | 16:08

Qəbələdə nəhəng su anbarının tikintisindən GÖRÜNTÜLƏR

Qəbələ rayonunun "Yengicə" kəndi ərazisində, Qara çayın məcrasında ən müasir standartlara cavab verən Yengicə su anbarının tikintisi davam etdirilir. Layihə üzrə işlərin artıq 70 faizdən çoxu tamamlanıb. Uzunluğu 450 metr olan bənd inşa edilib, bəndin maksimum eni təxminən 300 metr, dürlüyü isə 45 metrdir. Su hövzəsinin formalaşacağı ərazidə yer bərkitmə və torpaq işləri aparılır. Su anbarı mövcud su ehtiyatları nəzərə alınmaqla planlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, layihənin əsas məqsədi əkin sahələrinin davamlı suvarılmasının təmin edilməsi, əhalinin içməli su təchizatının yaxşılaşdırılması və daşqın risklərinin minimuma endirilməsidir.

Yengicə su anbarının istifadəyə verilməsi ilə minlərlə hektar əkin sahəsində su təminatının stabilləşməsi gözlənilir. Bu, kənd təsərrüfatında məhsuldarlığın artmasına, itkilərin azalmasına və yerli əhalinin gəlir imkanlarının genişlənməsinə şərait yaradacaq.

Eyni zamanda, kəndlərdə su probleminin aradan qaldırılması daxili miqrasiyanın azalmasına da müsbət təsir göstərə bilər. Məlumata görə, Yengicə su anbarının layihələndirilməsi zamanı müasir mühəndislik yanaşmalarından istifadə olunub, su səviyyəsinin tənzimlənməsi, itkilərin qarşısının alınması və təhlükəsizlik mexanizmləri beynəlxalq standartlara uyğun şəkildə qurulub. Su anbarə ətraf mühitə təsirin minimuma endirilməsi prinsipi əsasında inşa olunub.

Qeyd edək ki, oxşar layihələr ölkənin digər bölgələrində də həyata keçirilir. Yengicə su anbarından təxminən 70 kilometr qərbdə, Oğuz rayonunun ərazisində Əlcan çayı üzərində yeni su anbarının inşası davam edir. Layihə yekunlaşdıqdan sonra 16 kəndin içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Həmçinin Şəki və Oğuz rayonlarında ümumilikdə 33 min hektara yaxın ərazi suvarma suyu ilə təmin ediləcək.

Ətraflı AzTV-nin sujetində:


SON XƏBƏRLƏR