Yaponiya Baş naziri Sanae Takaiçi gələn həftə parlamenti buraxmağı və növbədənkənar ümumi seçkilər təyin etməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hakim Liberal Demokrat Partiyasının (LDP) baş katibi Şuniçi Suzuki bildirib.
“Biz yeni mandat almağa ehtiyac duyuruq”, - Suzuki Baş nazir Takaiçi ilə görüşdən sonra jurnalistlərə deyib.
Məsələ ilə bağlı məlumatlı mənbənin sözlərinə görə, Takaiçi seçkilərin 8 fevral tarixində keçirilməsini nəzərdən keçirir.
Bakı 




