• Bakı C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9832

    RUB - 2.1692

İran BMT Təhlükəsizlik Şurasına çağırış edib

SİYASƏT

14 Yanvar 2026 | 12:30

İran BMT Təhlükəsizlik Şurasına çağırış edib

İran Birləşmiş Ştatlar və İsrailin təxribatçı fəaliyyətlərini dayandırmaq üçün BMT Təhlükəsizlik Şurasına rəsmi müraciət edib. 

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bununla bağlı İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin Baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasının prezidenti Əbukar Dahir Osmana məktub göndərib.

Məktubda qeyd olunub ki, İran Təhlükəsizlik Şurasını ABŞ və İsraildən dərhal sabitliyi pozan siyasət və təcrübələrini dayandırmağı, beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə əməl etməyi tələb etməyə və o cümlədən BMT Təhlükəsizlik Şurasını ABŞ tərəfindən zorakılığa təhrik və güc tətbiq etməklə hədələməni pisləməyə çağırıb.

Bundan əlavə, Tehran Təhlükəsizlik Şurasını ABŞ-ni İrana qarşı hərbi təcavüz aktlarına səbəb ola biləcək hər hansı bir səhv hesablamaya qarşı xəbərdar etməyə çağırır.

Gülşən Şərif


SON XƏBƏRLƏR

13 Yanvar 2026