• Bakı 13° C

    2.33 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Bələdiyyələrin büdcə gəlirlərində artım qeydə alınıb

SİYASƏT

13 Fevral 2026 | 11:45

Bələdiyyələrin büdcə gəlirlərində artım qeydə alınıb

“2025-ci ildə əksər bələdiyyələrin büdcə gəlirləri müsbət nəticələr göstərib. 2024-cü illə müqayisədə yerli vergilərdən daxil olan vəsait təxminən 26% (7,2 milyon manat) artıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin plenar iclasında bildirib.

O qeyd edib ki, 2025-ci il ərzində inzibati nəzarət orqanı tərəfindən 273 maarifləndirmə tədbiri keçirilib və bu tədbirlərdə 7 mindən çox bələdiyyə nümayəndəsi iştirak edib.

Həmçinin, bələdiyyə aktları və müraciətlərə baxış zamanı 6074 tövsiyə göndərilərək müxtəlif məsələlər üzrə bələdiyyələrə metodoloji dəstək göstərilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

03 Aprel 2026