• Bakı 11° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Siyasi normallaşmadan iqtisadi inteqrasiyaya: Bakı və İrəvan üçün ortaq maraqlar

SİYASƏT

13 Fevral 2026 | 12:11

Siyasi normallaşmadan iqtisadi inteqrasiyaya: Bakı və İrəvan üçün ortaq maraqlar

Azərbaycan və Ermənistan arasında nəqliyyat və ticarət xətləri ilə bağlı danışıqlar gündəmdədir. Tərəflər iqtisadi inteqrasiyanın siyasi münasibətlərə mümkün təsirlərini müzakirə edir.

Kommunikasiya xətlərinin açılması Cənubi Qafqazda uzunmüddətli sabitliyə nə dərəcədə töhfə verə bilər?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyevin sözlərinə görə, uzun müddətdir ki, Cənubi Qafqazın bir sıra mühüm iqtisadi və logistik layihələrdən kənarda qalmasının əsas səbəbi Ermənistanın işğal siyasəti idi. Bu işğal nəticəsində regionda faktiki olaraq blokada vəziyyəti yaranmış, Azərbaycan və Ermənistan arasında əlaqələrin qurulması mümkünsüz hala gəlmişdi.

Politoloq bildirir ki, başqa sözlə, Cənubi Qafqaz ölkələri arasında birlik və inteqrasiya mühiti formalaşmamışdı. Azərbaycan öz torpaqlarını azad etdikdən və iki ölkə arasında normallaşma prosesi başladıqdan sonra isə bu mərhələ geridə qalmağa başlayıb. Artıq Azərbaycan və Ermənistan arasında barışıq istiqamətində addımların atıldığını və paralel olaraq nəqliyyat əlaqələrinin açılması barədə müzakirələrin aparıldığını müşahidə edirik:

“ABŞ-nin vitse-prezidenti Ceym Devid Vensin regiona səfərindən sonra düşünürəm ki, danışıqlar prosesi daha da aktuallaşacaq. Çünki birbaşa ABŞ Prezidenti Donald Trampın səyləri çərçivəsində Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar atılır. Bu layihə regionun ən böyük nəqliyyat qovşaqlarından biri hesab olunur və “TRIPP” adı altında müzakirə edilən təşəbbüslər çərçivəsində müəyyən razılaşmalar əldə olunub”.

Zeynal Əmrəliyev: Bu proseslər Cənubi Qafqazı böyük logistik mərkəzə çevirə bilər

Müsahibimiz qeyd edib ki, bu isə digər regional yolların və nəqliyyat qovşaqlarının da açılmasına və istifadəyə verilməsinə imkan yarada bilər. Nəticə etibarilə, Cənubi Qafqazda iqtisadi əlaqələrin inkişafı, yolların açılması və logistik imkanların genişlənməsi müşahidə olunacaq. Bu proses bütövlükdə regiona müsbət təsir göstərə və Cənubi Qafqazı böyük logistik mərkəzə çevirə bilər:

“Çünki Cənubi Qafqaz Avropanı Mərkəzi Asiya və Çin arasında əsas ticarət marşrutunun üzərində yerləşir. Məhz regionda sabitliyin olmaması səbəbindən uzun illər ərzində alternativ və daha çətin marşrutlardan istifadə olunurdu. İndi isə mərkəzi və daha əlverişli yolun istifadəyə verilməsi regionun iqtisadi inkişafına, tranzit potensialının artmasına və ümumi rifahın yüksəlməsinə təkan verə bilər”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

12 Fevral 2026