• Bakı 11° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Deputat: Azərbaycanda 1605 bələdiyyənin optimallaşdırılması planlaşdırılır

SİYASƏT

13 Fevral 2026 | 11:53

Deputat: Azərbaycanda 1605 bələdiyyənin optimallaşdırılması planlaşdırılır

Azərbaycanda fəaliyyət göstərən 1605 bələdiyyənin sayı idarəetmənin effektivliyinə və büdcə xərclərinin səmərəli istifadəsinə təsir edən mühüm amil kimi qiymətləndirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında bələdiyyələrin illik fəaliyyətinə dair məruzəyə münasibət bildirən deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, ölkədə hər min nəfərə düşən bələdiyyələrin sayı nisbətən yüksəkdir və bu vəziyyət idarəetmədə səmərəliliyi azalda bilər.

Deputat vurğulayıb ki, bələdiyyələrin sayının tədricən azaldılması, strukturun optimallaşdırılması xərclərin ixtisarına və bələdiyyələrin fəaliyyətinin daha məqsədyönlü və effektiv olmasına imkan yaradacaq. Eyni zamanda, o qeyd edib ki, müasir texnologiyaların tətbiqi və bələdiyyələrin mərhələli şəkildə rəqəmsallaşdırılması prosesi idarəetmənin şəffaflığını və operativliyini artırmaq üçün vacibdir.

Parlamentari əlavə edib ki, hazırda ölkədə fəaliyyət göstərən 1605 bələdiyyənin strukturunun yenidən qurulması və rəqəmsal transformasiyası həm maliyyə xərclərinin optimallaşdırılmasına, həm də vətəndaşlara təqdim olunan xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edə bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR

12 Fevral 2026