• Bakı 11° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Azərbaycanda böyük şəhər bələdiyyələri yaradıla bilər - TƏKLİF

SİYASƏT

13 Fevral 2026 | 11:42

Azərbaycanda böyük şəhər bələdiyyələri yaradıla bilər - TƏKLİF

Azərbaycanın iri şəhərlərində vahid, mərkəzləşdirilmiş böyük şəhər bələdiyyəsi modelinin tətbiq imkanları diqqətlə nəzərdən keçirilməlidir.

Bakıvaxtı.az xəbər verir ki,  bu barədə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında bildirib. Deputat vurğulayıb ki, paytaxt Bakı şəhərində hazırda 45 ayrı bələdiyyə fəaliyyət göstərir.

Onun sözlərinə görə, bu bələdiyyələrin vahid, inteqrasiya olunmuş böyük şəhər bələdiyyəsi çərçivəsində birləşdirilməsi həm idarəetmədə səmərəliliyi artırar, həm də şəhər üzrə resursların daha optimal istifadəsinə imkan verər.

Novruzov əlavə edib ki, belə bir model şəhər planlaşdırması, infrastrukturun inkişafı və sosial xidmətlərin təşkili sahəsində daha çevik və koordinasiyalı qərarların qəbulunu təmin edə bilər.

O, həmçinin qeyd edib ki, bu təcrübə Azərbaycanın digər böyük şəhərləri üçün də tətbiq oluna bilər və uzunmüddətli perspektivdə yerli idarəetmənin effektivliyinin yüksəlməsinə töhfə verə bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR

12 Fevral 2026