• Bakı 11° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Yerli sosialyönümlü layihələrdə bələdiyyələrin rolu artır

SİYASƏT

13 Fevral 2026 | 11:36

Yerli sosialyönümlü layihələrdə bələdiyyələrin rolu artır

Bələdiyyələr yerli əhalinin rifahının yüksəldilməsi və həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosialyönümlü layihələrin icrasına xüsusi önəm verirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət orqanının 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı məlumat verib.

Nazir müavini bildirib ki, bələdiyyələr həmçinin insanların həyat fəaliyyətinə əlverişli şərait yaratmaq, əraziləri səmərəli planlaşdırmaq və abadlaşdırmaq, eləcə də təsərrüfat və sosial infrastrukturun inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirirlər.

“2025-ci il ərzində bələdiyyələr tərəfindən abadlıq işlərinə təxminən 10 milyon manat, sosial müdafiə və təminat sahəsinə 1,7 milyon manatdan çox, gənclər siyasəti, təhsil və digər sosial layihələrə isə təxminən 500 min manat vəsait ayrılıb”, – deyə T.Hüseynov qeyd edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

12 Fevral 2026