Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial media hesabında Azərbaycan tərəfindən Ukraynaya göstərilən növbəti humanitar yardım barədə paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, Yuri Qusev paylaşımında Azərbaycanın Ukraynaya qarşı nümayiş etdirdiyi sarsılmaz mövqeyə görə xüsusi təşəkkürünü bildirib:
"Azərbaycandan göndərilən generatorlar artıq İrpin şəhərinə çatdırılıb. Çatdırılma prosesi Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev və Kiyev vilayətinin rəhbəri Mikola Kalaşnikin birbaşa nəzarəti ilə həyata keçirilib. Bu texniki avadanlıqlar şəhərin su təchizatı sisteminin fasiləsiz fəaliyyətini təmin edəcək. Azərbaycanın Ukraynaya göstərdiyi sarsılmaz və davamlı dəstəyə görə minnətdarıq".
Bakı 




