• Bakı C

    12.9 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

150-dən çox hesaba müdaxilə etdi - Saxlanıldı

HADİSƏ

14 Yanvar 2026 | 13:06

150-dən çox hesaba müdaxilə etdi - Saxlanıldı

Sosial şəbəkədə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq onların dostluğunda olan vətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalar göndərən və bu yolla çoxsaylı onlayn dələduzluqlar etməkdə şübhəli bilinən şəxs həbs olunub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd edilən qanunsuz əməlləri törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Zaur Teymurxanov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, Z.Teymurxanov sosial şəbəkələrdə istifadəçilərin profil şəkillərini əldə edərək onların adlarına oxşar saxta hesablar yaradıb. Daha sonra həmin şəxslərin dost siyahısında olan istifadəçilərə yazaraq guya "bank kampaniyalarının keçirildiyi, yüksək məbləğdə pul mükafatı qazanmaq imkanı olduğu və kampaniyanın başa çatmasına az vaxt qaldığı" barədə mesajlar göndərməklə onların kart məlumatlarını əldə edib.

Zərərçəkən şəxslər məlumatları və telefonlarına göndərilmiş "OTP" təhlükəsizlik kodlarını təqdim etdikdən sonra kartlardakı vəsait Z.Teymurxanov tərəfindən ələ keçirilib. O, sonradan şəxsiyyətini gizlətmək üçün taladığı pulları xarici onlayn alış-veriş resursları və elektron platformalara yönləndirib. Araşdırmalarla Z.Teymurxanovun 150-yə yaxın vətəndaşa maddi ziyan vurduğu məlum olub.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, Z.Teymurxanov istintaqa cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR