• Bakı 27° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

TASS: Fransa Rusiya ilə dialoqa hazırdır

DÜNYA

14 Yanvar 2026 | 12:37 | Müəllif: Gülşən Şərif

TASS: Fransa Rusiya ilə dialoqa hazırdır

Paris Moskva ilə ikitərəfli və ya çoxtərəfli diplomatik kanallar vasitəsilə dialoqa hazırdır. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron yanvarın 6-da "France 2" telekanalına verdiyi müsahibədə Rusiya lideri Vladimir Putinlə mümkün qədər tez danışmaq niyyətində olduğunu bildirib.

"İstər ikitərəfli, istərsə də çoxtərəfli diplomatik kanallar vasitəsilə dialoq həmişə mümkündür", - agentliyin məqaləsində qeyd olunub.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlamasında "Makron danışmağa hazır olsaydı, Rusiya prezidenti dəfələrlə əlaqə saxlamağa həmişə açıq olduğunu vurğulamışdı" sözlərini söyləmişdi.

Gülşən Şərif

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026