• Bakı 12° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Paşinyanın konsertinə partiyası 8,5 milyon xərclədi

DÜNYA

13 Fevral 2026 | 10:58

Paşinyanın konsertinə partiyası 8,5 milyon xərclədi

Bu yaxınlarda akustik baraban çalmağa başlayan və öz qrupunu yaradan Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirak etdiyi diskoteka hakim Mülki Müqavilə Partiyasına baha başa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

“Varçabənd” qrupunun çıxışı 30 yanvarda “Palladium Hall” restoranında baş tutub və partiya büdcəsinə 8,5 milyon drama (təxminən 22 min 300 dollar) başa gəlib”, - bunu hakim partiyanın İdarə Heyətinin sədr müavini Vaaqn Aleksanyan nəşrə bildirib.

Qeyd edilib ki, bu məbləğin 2,5 milyon dramı zalın icarəsinə, 4,9 milyon dramı brendinqə, dizayna, atributların alınmasına, 1,1 milyon dramı isə aranjimanlara, musiqiçilərə və diceyə ödənişlərə xərclənib.

Qeyd edək ki, Paşinyan akustik baraban çalmağı öyrənib və öz “Varçabənd” qrupunu yaradıb./Axar.az


SON XƏBƏRLƏR

12 Fevral 2026