• Bakı 11° C

    12.48 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Hindistan Fransadan 33 milyard avroluq qırıcı təyyarələr alır - Meqalayihə

DÜNYA

13 Fevral 2026 | 08:45

Hindistan Fransadan 33 milyard avroluq qırıcı təyyarələr alır - Meqalayihə

Hindistan hakimiyyəti Fransanın "Dassault Aviation" şirkətindən 33 milyard avro dəyərində əlavə 114 ədəd "Rafale" qırıcı təyyarəsinin alınmasına razılıq verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi "X" platformasında paylaşdığı açıqlamada bildirib.

Qeyd edilib ki, müdafiə naziri Racnath Sinqhin sədrliyi ilə Müdafiə Satınalma Şurası Silahlı Qüvvələrin imkanlarını artırmaq üçün 3,6 trilyon rupi dəyərində satınalmaları təsdiqləyib.

Xəbərdə deyilir ki, Hindistan Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələrinin sayı son aylarda azalıb. Əsas təyyarəsi olan "MiG-21" sentyabr ayında xidmətdən çıxarılıb. Həmçinin "MiG-29", "Jaguar və Mirage" qırıcılarının da köhnə versiyalar olması səbəbindən yaxın illərdə tədricən istifadədən çıxarılacağı gözlənilir.

Aydın Baxış


SON XƏBƏRLƏR

12 Fevral 2026