• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mirzoyan-Rubio görüşündə bu istiqamətdə müzakirələr aparılıb

SİYASƏT

14 Yanvar 2026 | 13:44 | Müəllif: Əli Hüseynov

Mirzoyan-Rubio görüşündə bu istiqamətdə müzakirələr aparılıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Azərbaycanda saxlanılan ermənilərin vəziyyətini müzakirə ediblər.

Bakıvaxtı.az "Armenpress"ə istinadla xəbər verir ki, görüşdə həmçinin sülh quruculuğu və əməkdaşlıq məsələlərində mövcud çətinliklər müzakirə olunub.

Məlumata görə, Ermənistan-ABŞ strateji tərəfdaşlığının inkişafı və əldə olunmuş razılaşmaların icrası gündəmdə olub.

Həmçinin birgə təşəbbüslər və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026