• Bakı 10° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Ərəb kapitalı Azərbaycana yönəlir - Yeni investisiya mərhələsi

SİYASƏT

13 Fevral 2026 | 13:44

Ərəb kapitalı Azərbaycana yönəlir - Yeni investisiya mərhələsi

Son dövrlər Azərbaycanla Ərəb dövlətləri arasında diplomatik təmasların intensivləşməsi rəsmi Bakının xarici siyasətində yeni dinamikanın formalaşdığını göstərir. Qarşılıqlı səfərlər, imzalanan sənədlər və iqtisadi-investisiya gündəliyinin genişlənməsi ölkəmizin Yaxın Şərq və Körfəz istiqamətində strateji xəttini daha da gücləndirir.

Xüsusilə enerji, logistika, yaşıl iqtisadiyyat və investisiya sahələrində artan əməkdaşlıq Azərbaycanın çoxtərəfli diplomatiyasının mühüm elementinə çevrilir.

Bu kontekstdə Azərbaycanın ərəb dünyası ilə genişlənən tərəfdaşlığının regional balansda hansı yeni siyasi, iqtisadi və təhlükəsizlik imkanlarını yarada biləcəyi aktuallaşır.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Tural İrfan bildirib ki, Ərəb ölkələrinin əksəriyyəti geniş maddi imkanlara malik neft ölkələridir. Eyni zamanda müsəlman dövlətlər olaraq Azərbaycan ilə mədəni, tarixi ortaq dəyərlərimiz var. Ərəb dünyası ilə oxşar mədəniyyətimiz, eyni dinimiz bizi daha da yaxınlaşdırır. Qarşılıqlı səfərlər, genişlənən tərəfdaşlıq Azərbaycanın dünyada artan nüfuzunun və dövlət başçısının səmərəli siyasətinin nəticəsidir. 
 

Tural İrfan: Diplomatik münasibətlərin inkişafı investisiya axınını sürətləndirəcək

Onun sözlərinə görə, əsasən Qarabağ zəfərindən və sülh şəraitinin bərpa olunmasından sonra ölkəmizə diqqət və maraq daha da artıb. Ticari, iqtisadi əlaqələr üçün ərəb ölkələri də ciddi şəkildə Azərbaycana can atırlar:

“Diplomatik münasibətlərin inkişafı yeni mərhələnin başlanması deməkdir ki, bu da investisiya axınının sürətlənməsinə gətirib çıxaracaq. Əsasən işğaldan azad edilmiş torpaqlarda yeni biznes imkanları, yeni investisiya yatırımı üçün şərait yaranıb”.

Müsahibimiz onu da bildirib ki, hər bir halda ərəb ölkələri ilə əlaqələrin inkişafı Yaxın Şərqdə də Azərbaycanın nüfuzunu artırır və söz sahibinə çevirir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR